Türkiyə vəqfinin 30 illiyi ilə bağlı poçt markası buraxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti təqdim etdiyi poçt markalarının sırasına yenisini əlavə edib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, şirkət Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 30 illiyinə həsr edilmiş poçt markasını dövriyyəyə buraxıb.
Markanın nominal dəyəri 0,5 manat təşkil edir.
Qeyd edək ki, Türkiyədə 1985-ci ildə müstəqil bir qeyri-hökumət təşkilatı olaraq qurulan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi, həllini gözləyən və gələcəkdə problem ola biləcək mövzuları müəyyənləşdirərək seminar, konfrans və görüşlər təşkil edir, hesabat və analizlər hazırlayır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL