Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi müəyyən edilib
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:
Komissiyanın sədri
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov - Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov - xalq rəssamı
Arif Məlikov - xalq artisti
Ömər Eldarov - xalq rəssamı
Eldar Quliyev - Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti
2. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2015-ci il
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL