Komitə elektron hökumət istiqamətində fəaliyyəti üzrə təqdimatlar edəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı”nı rəhbər tutaraq gələn ayın 26 - 27 tarixlərində “Ailə və Uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda təlim keçirəcək.
Təlimdə müvafiq dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ombudsman Aparatı) nümayəndələri və QHT-lərin iştirakı planlaşdırılır.
Sözügedən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ekspertləri elektron hökumət istiqamətində fəaliyyəti üzrə, Milli fəaliyyət planının hüquqi tərəfləri və regionlarda iş barədə təqdimatlar edəcəklər. Həmçinin digər dövlət orqanlarının və QHT-lərin nümayəndələrinin də çıxışları dinlənəcək, müzakirələr və diskussiyalar təşkil olunacaq.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL