2015-ci ildə dünya İT bazarının həcmi 1,3 faiz azalacaq
“Gartner” tədqiqat şirkəti dünya İT sahəsi üzrə proqnozunu dərc edib. Ekspertlər hesab edir, cari ildə İT xərcləri dolların məzənnəsinin yüksək olmasına görə 1,3 faiz azalacaq.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gartner” analitiklərinin proqnozuna görə, 2015-ci ildə informasiya texnologiyalarına (İT) qlobal xərclər 3,66 trilyon dollar təşkil edəcək, halbuki ötən il bu göstərici 3.71 trilyon dollar olub. Mütəxəssislər ilk əvvəl İT sənayenin 3.9 faizlik artımını proqnozlaşdırmışdılar, sonra proqnoz 2,4 faizədək azaldılıb və indi onlar sözügedən bazarda eniş gözləyirlər.
Aşağı salınmış proqnoz dünya valyuta bazarlarında dolların məzənnəsinin yüksək olması və qurğuların satış həcminin artımı, İT və telekommunikasiya xidmətlərinin inkişafı üzrə proqnozun özünü doğrultmaması ilə bağlıdır.
Valyuta amilini nəzərə almasaq, 2015-ci ildə İT bazarının həcmi 3,1 faiz yüksələcək ki, bu da əvvəlki proqnozdan 0,6 faiz azdır, “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Con-Devid Lavlok deyib.
2015-ci ilin nəticəsinə görə, analitiklər kompüter qurğuları (masaüstü fərdi kompüter, noutbuk, planşet, mobil telefon və printerlər) üzrə 685 milyard dollar məbləğində satış proqnozlaşdırırlar ki, bu da əvvəlki proqnozla müqayisədə 1,2 faiz azdır. Ekspertlər sözügedən bazara Qərbi Avropa, Rusiya və Yaponiya tərəfindən güclü təsir qeyd edirlər, yerli valyutanın zəifliyi elektronika seqmentində nəzərəçarpacaq bahalaşmaya səbəb olub.
Cari ildə korporativ proqram təminatı satışından dövriyyə 2,3 faiz yüksələrək 320 milyard dollar təşkil edəcək.
“Gartner” tədqiqat şirkəti İT xidmətləri bazarında xərclərin 948 milyarddan 942 milyard dollaradək azalmasını proqnozlaşdırır.
Telekommunikasiya xidmətləri ən böyük İT seqmenti olaraq qalır. Cari ildə telekommunikasiya xidmətləri seqmentində xərclər 2,6 faiz azalaraq 1,57 trilyon dollar təşkil edəcək. “Gartner”in versiyasına görə, məlumat mərkəzləri ən kiçik İT seqmentidir, dünya şirkətləri 142 milyard dollar xərcləyəcək. 2014-cü illə müqayisədə bu göstərici 0,4 faiz yüksələcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL