waplog

I Avropa Oyunlarını izləmək üçün ölkəmizə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyatı elektron qaydada aparılacaq


Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) I Avropa Oyunları ilə bağlı  öz işini günün tələbləri səviyyəsində qurub və bu müddətdə ölkəmizə gələn əcnəbilərin miqrasiya ilə bağlı rahatlıqlarının təmin olunması üçün hər bir şərait yaradılıb.
 
DMX-dən verilən məlumata görə, yarışları izləmək üçün ölkəmizə əcnəbilərin kütləvi şəkildə təşrif buyuracaqlarını nəzərə alan Dövlət Miqrasiya Xidməti onların olduğu yer üzrə qeydiyyatının elektron qaydada aparılmasını təmin edib. Azərbaycan Respublikasının ərazisində 10 gündən artıq müvəqqəti qalacaq akkreditasiya olunmuş şəxslər, habelə I Avropa Oyunlarının iştirakçıları isə olduqları yer üzrə qeydiyyatdan azad olunublar.
 
I Avropa Oyunları ilə bağlı Azərbaycan gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlar Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində də yerləşdirilib.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL