“Turbo NAS” məlumat toplayıcıları Azərbaycan bazarına təqdim edilib
“QNAP” şirkəti Azərbaycan bazarında ev istifadəçiləri və kiçik ofislər üçün TS-x51 seriyasından “Turbo NAS” şəbəkə məlumat toplayıcılarını, UX-500P və UX-800P seriyalı stolüstü USB-modulların satışına başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Turbo NAS-ın bundan öncəki versiyalarından fərqli olaraq yeni modellər güclü, lakin qənaətli ikinüvəli “Intel Celeron J1800” prosessoru ilə seçilir. Həmçinin və 1 Gbit (8 Gbit-dək genişlənmə imkanı var) həcmli DDR3L-1333 effektiv yaddaşı ilə fərqlənir. Prosessor, 220 Mbit/s-dək sürətlə məlumatların oxunması və yazılması ilə yanaşı, xüsusi modullar sayəsində kiçik ölçülü çarxların hazırlanması üçün FullHD-video sürətli transkodlaşmasını təmin edir.
Bu çarxlara baxmaq video hostinqlərə, o cümlədən planşet və smartfonlara ötürmə baxımdan funksionallıq imkanı deməkdir. İstənilən TS-x51 toplayıcısını televizora və ya yüksək dəqiqliyə malik olan monitora HDMI-port vasitəsi ilə qoşaraq multimedia fayllarına, videoya baxmaq mümkündür.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL