“Ubuntu” smartfonu ilə işləyən dünyanın ilk smartfonu kütləvi istehsala çıxarılıb
“Ubuntu Canonical” və İspaniyanın “BQ” istehsalçısı “Ubuntu” əməliyyat sistemi ilə işləyən ilk smartfonun (“Aquaris E4.5 Ubuntu Edition”) kütləvi satışına başlayıb. Qurğunun dəyəri 170 avro təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Aquaris E4.5 Ubuntu Edition” smartfonu 960x540 piksel təsvir ölçülü 4,5 düymlük ekran, avtofokusa və ikiqat işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik kamera, 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek” prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Əsas kamera “Full HD” formatında video çəkilişini dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir. “SİM” kartlar üçün iki konnektor nəzərdə tutulub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL