waplog

RYTN-in dəstəyi ilə “AzScienceNet”-in şəbəkə infrastrukturunun 95 faizi fiber-optik kabel əsasında qurulub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə “AzScienceNet”-in şəbəkə infrastrukturunun 95 faizi fiber-optik kabel əsasında qurulub. Şəbəkənin texniki imkanlarının artırılmasından sonra internetə qoşulma sürəti 270 Mbit/san-yə çatdırılıb və indiyə kimi 4000-ə yaxın kompüter “AzScienceNet” şəbəkəsinə qoşulub.
 
Bu fikri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov İTİ-də keçirilən elmi-praktiki seminarda bildirib.
 
 “AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri, mövcud infrastrukturu və xidmətləri” mövzusunda məruzə ilə çıxış edən baş mühəndis AMEA korporativ şəbəkəsi əsasında yaradılmış “AzScienceNet” elm-kompüter şəbəkəsinin elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsində AMEA-nın institut və təşkilatlarını genişzolaqlı İnternet xidmətləri ilə təmin etdiyini söyləyib. “AzScienceNet”-in AMEA-nın əməkdaşlarına “Wi-Fi”, “Eduroam”, “Cloud Computing, Hosting”, e-mail, distant təhsil və s. xidmətlər göstərdiyini diqqətə çatdırıb:
 
 “2011-ci ilin sonlarında şəbəkə əsasında AMEA-nın institut və təşkilatlarında meydana çıxan strateji əhəmiyyətli böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün DATA yaradılıb. İKT infrastrukturu və xidmətləri, o cümlədən genişzolaqlı internetin inkişaf etdirilməsi, optik şəbəkəyə əsaslanan genişzolaqlı infrastrukturun qurulması Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı əsas hədəflərdən biridir. “AzScienceNet” də öz fəaliyyəti ilə bu istiqamətdə görülən işlərə yaxından dəstək verir”.
 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL