İT şirkətlərində əməkhaqqının yüksək olması səbəbi açıqlanıb
ABŞ-ın “Glassdoor.com” saytı yüksək əməkhaqqı təklif edən ABŞ işəgötürənlərinin siyahısını tərtib edib. Top-15-ə daxil olan şirkətlərin əksəriyyəti informasiya texnologiyaları (İT) sənayesini təmsil edir.
ABŞ-da ən böyük orta əməkhaqqı (ildə 182 min dollar) səhmlər və müxtəlif bonuslar üzrə ödənişlər nəzərə alınmaqla “Skadden Arps” hüquq şirkətindədir. Şirkət əməkdaşlarının ortaillik maaşı 170 min dollar təşkil edir.
Populyar “Netflix” videoservisi operatorunun əməkdaşlarının da orta əməkhaqqısı yüksəkdir (ildə 180 min dollar). Şirkətdə çalışanların kompensasiya paketinin məbləği də bir o qədərdir.
ABŞ-da ən yüksək əməkhaqqı ilə vakansiya təklif edən şirkətlərin reytinqində 8-15-ci yerlərdə texnoloji sahənin nümayəndələri yer alıb. Onların arasında ən yüksək yerdə əməkdaşlarına ildə orta hesabla 147 556 dollar ödəyən “Mozilla” brauzeri tərtibatçısı qərarlaşıb. Bu şirkət əməkdaşlarının məvacibi 112 737 dollara bərabərdir.
İlk onluğa mobil təhlükəsizlik sahəsində həllər tədarükçüsü “Good Technology” və “Altera” çip istehsalçısı daxildir. Onların işçilərinin ortaillik gəliri müvafiq olaraq 147 500 və 147 200 dollar təşkil edir. Sonrakı yeri 145 min dollar maliyyə göstəricisi ilə “VMware” virtuallaşdırma vasitələri tərtibatçısı tutur. Əməkdaşlarına 143 500 dollar kompensasiya paketi ilə 116 min dollar orta əməkhaqqı verən “Google” şirkətini də qeyd etmək lazımdır.
“Glassdoor”un baş iqtisadçısı Endryu Çemberlen bildirib ki, İT şirkətlərində əməkhaqqının yüksək olması yüksəkixtisaslı kadrların çatışmazlığı ilə əlaqədardır, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL