waplog

2014-cü ildə qlobal daşınan elektronika bazarının həcmi 8,9 milyard dolları ötüb


“Futuresource Consulting” analitik şirkətinin hesablamasına görə, 2014-cü ildə qlobal daşınan elektronika bazarının həcmi 8,9 milyard ABŞ dollarını və bu kateqoriyaya məxsus qurğuların tədarükü 56 milyonu ötüb.


"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin məlumatına görə, ötən il simsiz rabitə və “GPS” modulunu dəstəkləyən “ağıllı” saat, həmçinin fiziki fəallığı izləyən fitnes bilərziklərinin satış həcmi 140 faiz yüksəlib.

2015-ci ildə satış həcminin 50 faiz artımı gözlənilir. Mütəxəssislər sorğu keçirməklə müəyyənləşdiriblər ki, istifadəçilərin 9 faizi "ağıllı" saat satın almağa hazırlaşır.

Analitiklər bildiriblər ki, çox vaxt belə cihazlar hədiyyə kimi bağışlanılır. İlin sonunda daşınan elektronikaya marağın artması buna sübutdur: “Futuresource” analitik şirkətinin hesablamasına görə, 2014-cü ildə daşınan elektronikanın ümumi satış həcminin 42 faizi ötən ilin dördüncü rübündə satılıb.

Mütəxəssislər bildiriblər ki, daşınan elektronika əsasən yaxşı fiziki formanın saxlanılması, sağlamlığın qorunması, həmçinin mobil rabitə üçün istifadə olunur. Gözləntilərə görə, 2015-ci ildə başqa tətbiq sahələri, həmçinin mobil ödənişlərin həyata keçirilməsi mümkün olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL