“Apple” şirkəti yeni monitorların tədarükünə başlayır
“Apple” şirkəti “Thunderbolt Display” monitorlarının Amerika mağazalarına tədarükünə başlayıb. Bu barədə “MacRumors” bloqu yazıb.
“Apple” monitorlarının satışlarının start götürməsi haqqında hələ ki rəsmi olaraq elan edilməyib, lakin ABŞ alıcılarının onları yaxın günlərdə əldə edə biləcəyi gözlənilir. “Thunderbolt Display” monitorlarının qiyməti 999 dollar təşkil edir.
Şirkət “Thunderbolt” texnologiya (verilənlərin çox sürətli ötürülməsi) dəstəyi ilə olan monitorları iyul ayının 20-də təqdim edib. Ekranın diaqonalı 27 düym, kəskinliyi isə 1440x2560 piksel təşkil edir və 16,7 milyon rəng ötürür. Monitorun çəkisi təxminən 11 kiloqramdır.
“Thunderbolt” portu vasitəsilə monitoru “Apple”-ın digər qurğularına da qoşmaq olar. “MacBook Air” və “MacBook Pro” noutbukları, “iMac” monoblokları və “Mac” mini- stolüstü kompyuterlərinin yeni nəsilləri müvafiq konnektorla təchiz edilib.
“Thunderbolt” “Display”, həmçinin “3 USB” portu, “FireWire” portu, “Ethernet” konnektoru, quraşdırılmış kamera və dinamika ilə təchiz edilib.
“İntel” şirkəti “Thunderbolt” texnologiyasını (verilənlərin çox sürətli ötürülməsi) “Apple”-ın köməkliyi ilə hazırlayıb. Verilənləri saniyədə 100 qiqabit-ə qədər sürətlə ötürməyə imkan yaradan “Thunderbolt” standartının “USB” interfeysini əvəz edəcəyi gözlənilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL