waplog

“Bakı 2015” I Avropa Oyunları zamanı radiotezliklərə “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyaları vasitəsilə nəzarət ediləcək


“Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə düşən vəzifələrdən biri də radiotezliklərin müdafiəsinin təşkilidir.
 
Bununla bağlı nazirliyin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 avtomobil alınıb.
 
Avtomobillər oyunlar zamanı radiotezliklərin radiomonitorinqi və yer təyini üçün istifadə olunacaq.
 
 Yeni alınmış “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyalarının texniki xarakteristikalarına gəlincə, buraya radiosiqnalların aşkar edilməsi (20 MHs-40 GHs); radiosiqnalın yerinin təyin edilməsi (pelenqasiya) (30 MHs-6 GHs); radiosiqnalın istiqamətinin təyin edilməsi (20 MHs-40 GHs); analizatorun tipi (ROHDE & SCHWARZ FSV40); stansiyanın yerləşdiyi avtomaşının tipi (Ford Transit); müşahidə edilən siqnalların polyarizasiyası (Horizontal,Vertikal) daxildir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL