Əksər kiberhücumlarda cinayətkarlar istifadəçilərin təcrübəsizliyindən istifadə edir
“Verizon” şirkətinin kibertəhdidlərə həsr olunan illik tədqiqatından məlum olub ki, 2014-cü ildə baş vermiş 290 elektron casusluq halının üçdə iki hissəsindən çoxu “fishing” hücumu olub.
On əməkdaşın “fishing” linkinin olduğu qoşma məktubun göndərilməsi cinayətkarlara qeydə alınan halların 90 faizində korporativ şəbəkənin içinə daxil olmağa imkan verir.
Haker hücumlarının çoxu əməkdaşların elektron bildirişlərdə zərərli linklərə keçməsinə, şirkətlərin proqram təminatında boşluqları aradan qaldırmamasına və ya İT mütəxəssislərinin sistemləri lazımınca sazlamamasına görə uğurlu olur.
“Verizon”un tədqiqatı göstərir ki, yeni boşluqlar cinayətkarlar tərəfindən təsadüfi hallarda istifadə olunur, halbuki 2014-cü ildə hücumların əksəriyyəti düzəlişləri 2007, 2010, 2011, 2012 və 2013-cü illərdə buraxılan boşluqlar sayəsində həyata keçirilib, - "SecurityLab” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL