waplog

Dünyada ilk 16 nüvəli prosessor


“AMD” şirkəti “Bulldozer” kod adı ilə olan yeni nəsil arxitekturasında ilk prosessorların tədarükünə başlayıb.

Söhbət 32 nanometr texnologiya üzrə hazırlanan Opteron 6200 seriyasının “İnterlagos” server çiplərindən gedir.

“İnterlagos” üçün təkmilləşdirilmiş “Turbo Core” texnologiyası nəzərdə tutulub, onun vəzifəsi cari yüklənmədən asılı olaraq ayrı-ayrı nüvələrin sürətinin dinamik artımıdır.

Bundan başqa, çiplərdə yayılan istilik enerjisinin (TDP) maksimal qiymətini idarəetmənin ixtisaslaşdırılmış vasitələri reallaşdırıb.

“TDP Power Cap” sistemi sayəsində korporativ istifadəçilər serverlərin maksimal enerji-effektivliyinə nail olmaq üçün “TDP” qiymətini aşağı sala biləcəklər.

“İnterlagos” dünyada 16 nüvədən ibarət olan ilk “x86” prosessoru olub. Bu seriyanın məmulatları, həmçinin 12 və 8 nüvə ilə olan modifikasiyalarda da olacaq. Bundan başqa, 6 və ya 8 hesablama nüvəsinə malik “Valencia (Opteron 4200 seriyası) Bulldozer” prosessorlarının istehsalı da planlaşdırılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL