waplog

“HTC” şirkəti ucuz smartfon təqdim edib


Tayvanın "HTC" şirkəti iki SİM kart dəstəkləyən yeni ucuz "Desire 326G" smartfonunu elan edib. Aparatın foto çəkmək imkanları onun əsas özəlliyidir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "HTC Desire 326G" modeli 854x480 piksel təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli "Spreadtrum SC7731G" prosessoru və "Mali 400" qrafik sürətləndiricisi ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir.
 
Telefonun əsas kamerası 8 meqapiksel təsvir ölçüsünə malikdir, "LED" işıqlandırıcı və "Full HD" formatında videoçarx çəkmək funksiyasını dəstəkləyir. Videozəng və "selfi" üçün nəzərdə tutulmuş ön fotomodul 2 meqapiksellik "BSI" ötürücüsü ilə təchiz edilib.
 
Yeni qurğu "3G", "Wi-Fi b/g/n", "Bluetooth 4.0" və "GPS" simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Daxili "FM" radioqəbuledicisi var.
 
Aparatın ölçüləri 139,7x69,6x9,7 mm, çəkisi 146 qramdır. Cihaza "HTC Sense UI" interfeysli "Android 4.4 KitKat" əməliyyat sistemi quraşdırılıb. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saat təşkil edir.
 
"HTC Desire 326G" smartfonu 2015-ci il mayın ortalarında satışa çıxarılacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL