waplog

ABŞ-da hakerlər qrupunun üzvü həbs cəzasına məhkum edilib


Nyu-Cersi Məhkəməsi ABŞ-ın onlarla bankından və federal qurumundan 15 milyon dollardan çox vəsait oğurlayan ukraynalıların başçılıq etdiyi haker qrupunun iştirakçılarından birini 7,5 illik həbs cəzasına məhkum edib.
 
Nyu-Yorkun Bruklin rayonunun 50 yaşlı sakini Oleq Pidterqerya fırıldaqçılıq sxeminin təşkilinə yardımçı olmaqda təqsirli bilinib. Sxem vasitəsilə cinayətkarlar fərdi şəxslərin və dövlət müəssisələrinin, o cümlədən ABŞ Müdafiə Nazirliyinin və Vergilər Xidmətinin hesablarını ələ keçirə biliblər. Cinayətkarlar oğurlanan pulları onların nəzarətində olan hesablara köçürüblər, bir qismini nağdlaşdırıblar.
 
İstintaq məlumatına görə, səkkiz nəfərdən ibarət haker qrupu Ukrayna vətəndaşları Oleksi Şarapka və Leonid Yanovski tərəfindən yaradılıb. Məhkəmə L.Yanovski barəsində hökm çıxarsa da, istintaqdan yayına bilib. Qrupun digər iştirakçıları ABŞ vətəndaşlarıdır. Məlum olub ki, 2004-2012-ci illərdə O.Şarapka ABŞ-da kompüter fırıldaqçılığına görə cəza çəkib, həbsdən azad olunduqdan sonra Ukraynaya deportasiya edilib.
 
2012-ci ilin martından 2013-cü ilin iyununadək hakerlər "Aon Hewitt”, “Citibank”, “JP Morgan Chase”, “Nordstrom Bank”, “PayPal” elektron ödəniş sistemi və “TD Ameritrade” broker firması kimi maliyyə müəssisələrinin kompüter şəbəkələrinə müdaxilə ediblər.
 
O.Pidterqerya ona qarşı irəli sürülən bütün ittihamlar üzrə özünü təqsirli bilib, - “TASSyazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL