İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 3 ayda gördüyü işlər açıqlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu cari ilin yanvar-mart ayları ərzində gördüyü işləri açıqlayıb.
Fonddan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, hesabat dövründə fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Fondun vəsaitlərdən istifadədə şəffaflığın təmin edilməsi məqsədilə kənar auditin keçirilməsi üçün “KPMG Azerbaijan Limited” şirkəti ilə müqavilə bağlanıb.
İlin ilk rübü ərzində fondun kadr potensialının formalaşdırılması istiqamətində konkret addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim olunmuş vakant vəzifələr üzrə müsabiqədən uğurla keçmiş namizədlər fondda işə başlayıb.
Bundan əlavə, fondun Müşahidə Şurasının iclasında fondun vəsaitlərinin müvafiq maliyyələşmə istiqamətlərinə uyğun bölgüsü, həmçinin fondun elan etdiyi 2-ci qrant müsabiqəsinin qalibləri və hər layihə üzrə ayrılacaq qrant məbləği müəyyənləşdirilib.
Hesabat dövründə fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olmuş və icrası başa çatdırılmış 8 layihə üzrə yekun ödənişlərin edilməsi məqsədilə 36,256 manat 96 qəpik həcmində vəsait layihə icra edənlərin müvafiq bank hesablarına köçürülüb.
Bu müddət ərzində fondun əməkdaşları bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak ediblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL