waplog

“Femmes Digitales” Azərbaycan məktəblərində qızların İKT sahəsinə marağını artırmaq məqsədilə təbliğat kampaniyasına başlayır


Azərbaycan Qadınlarının İKT Klubu – "Femmes Digitales" Azərbaycan məktəblərində 9-11-ci siniflərdə təhsil alan məktəbli qızların İKT sahəsinə marağını artırmaq məqsədilə təbliğat kampaniyasına başlayır.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu qəbildən olan ilk tədbir aprelin 23-də Zərifə Əliyeva adına liseydə keçiriləcək və Azərbaycanda 23 aprel – "İKT-də Qızlar Günü"nün açılış mərasimi olacaq. 

"FEMMES DIGITALES"-in qurucuları öz təcrübələrini məktəblilərlə paylaşacaq, onları İKT sahəsində təhsillərini davam etdirməyə həvəsləndirəcək.
 
Təşkilat Azərbaycan  təhsil ocaqlarının müraciəti əsasında bu cür tədbirlərin keçirilməsinə hazırdır. Bu tədbirlərdə yuxarı sinif şagirdləri olan yeniyetmə qızlar İKT sahəsində karyera qurmaq üçün xanımları hansı imkanlar gözlədiyini "Rəqəmsal Qızlar"ın təqdimatlarından öyrənəcəklər.

Qeyd edək ki, "FEMMES DİGİTALES" – məktəblərdə "Azərbaycanın Rəqəmsal Qızları" layihəsinin təşkilatçısıdır.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL