waplog

2019-cu ildə qlobal mobil telefon tədarükü 2,35 milyarda çatacaq


“CCS Insight” analitik şirkətinin yeni hesabatına əsasən, 2015-ci ildə dünyada 2,07 milyard mobil telefon (1.48 milyard smartfon və “4G” şəbəkəsini dəstəkləyən təxminən 670 milyon aparat) tədarük ediləcək.

Ekspertlərin proqnozuna görə, 2019-cu ildə qlobal mobil telefon bazarının həcmi 2,35 milyarda və smartfonların tədarükü isə 2 milyarda çatacaq ki, bunun da 1,29 milyardını “4G” modellər təşkil edəcək.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, inkişaf etməkdə olan ölkələrdə dinamik artım gözləyən ekspertlər xəbərdarlıq edirlər ki, inkişaf etmiş bazarlarda (xüsusilə Qərbi Avropa və Şimali Amerika) 2017-ci ildən sonra tələbatla əlaqədar smartfonların satış həcmi azalmağa başlayacaq.

“Android” və “iOS” mobil platformaları smartfon bazarında mütləq lider olaraq qalacaq. Analitiklərin proqnozuna görə, 2015-ci ildə hər iki platformanın birgə payı 95 faizi ötəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL