waplog

“Nokia” şirkəti Fransa-ABŞ şirkətini satın alıb


Finlandiyanın “Nokia” şirkəti 15.6 milyard avro məbləğinə Fransa-ABŞ şirkəti “Alcatel-Lucent”i satın alıb.
Sözügedən razılaşma 2016-cı ilin birinci yarısında bağlanacaq.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Nokia”nın nümayəndəsi “Alcatel” şirkətində planlaşdırılandan artıq iş yeri ixtisar edilməyəcəyinə söz verib. “Alcatel” şirkətinin Fransada yerləşən bölməsində təxminən 6 000 əməkdaş işləyir.

Bu satınalma “Nokia” şirkətinə rabitə şəbəkələri üçün dünyanın ən böyük avadanlıq təchizatçılarından biri olmağa və İsveçin “Ericsson” və Çinin “Huawei” şirkətləri ilə rəqabət aparmağa imkan verəcək. Bundan sonra birləşmiş şirkət “Nokia Corporation” adlandırılacaq. “Alcatel-Lucent”in üç nümayəndəsi birləşmiş şirkətin direktorlar şurasında təmsil olunacaq.

“Alcatel-Lucent” şirkətinin bazar kapitallaşması təxminən 11,6 milyard dollar təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL