waplog

Elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq üçün təşkil edilən virtual turların tarixi müəyyənləşib


500-ə qədər yeniyetmənin iştirak etdiyi III "İstedadların hazırlığı laboratoriyası"    layihəsinin I onlayn turu artıq arxada qalıb. 45 dəqiqə sürən imtahan turunda 500 iştirakçıdan  71 nəfəri yüksək göstəricilər nümayiş etdirib.
 
Fəal rayonların içərisində Bakı, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərini, Şirvan, Biləsuvar, Qax rayonlarını və s. adlarını qeyd etmək olar. Gənclər və İdman Nazirliyindın qeyd edilib ki, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq,  elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.
 
 Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki fərqli formatda keçirilir: onlayn turlar və əyani turlar. 2015-ci ildə nəzərdə tutulan 3 onlayn tur: 12, 19 və 26 aprel tarixləri üçün müəyyən edilib. Hər bir virtual turda məktəblilər 45 dəqiqə ərzində 4-ü riyaziyyat, 3 fizika və 3 kimya fənni üzrə cəmi 10 məsələni həll etməlidir. Əyani tura vəsiqə qazanmaq üçün azı 8 məsələni düzgün həll etmək tələb olunur. İştirakçı bir və ya bütün onlayn turlarda iştirak edə bilər. Azı bir turun nəticələrinin əyani turun şərtlərinə cavab verməsi kifayətdir. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda onlayn turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak etmək hüququ qazanacaq. Hal-hazırda  19 və 26 aprel 2015-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti II və III onlayn turlara hazırlıq işləri aparılır.
 
"İstedadların hazırlığı laboratoriyası" çərçivəsində təşkil olunan onlayn turlarda iştirak etmək üçün şagirdlər  http://www.istedad.az  saytında qeydiyyatdan keçmələri tələb olunur.
 
Qeyd edək ki, layihə 2013-cü ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq  "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi layihəsi həyata keçirilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL