Azərbaycan alimləri RTF-DCS üzrə keçirilən müsabiqəyə dəvət ediliblər
İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün müsabiqə elan edilib.
Müsabiqədə Azərbaycan alimlərinin də iştirak etməsi təklif olunur. Bununla bağlı Elmi İnnovasiyalar Mərkəzinin (EİM) ünvanına Hindistanın Elm və Texnologiya Mərkəzinin (NAM S&T) məktubu daxil olub.
EİM-dən qeyd edilib ki, Elm və Texnologiya Mərkəzinin (NAM S&T) təşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı Hindistan Hökumətinin Elm və Texnologiya Nazirliyinin Elm və Texnologiya Departamenti (DST) tərəfindən maliyyələşdirilir.
50 nəfərin iştirakı ilə 6 ay müddətinə nəzərdə tutulmuş bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya, multidisplinar və digər sahələr üzrə həyata keçiriləcəkdir. Yaş məhdudiyyəti 40 yaşa kimi göstərilmiş bu müsabiqədə aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak edənlərə göstəriləcək tam maliyyə dəstəyinə ikitərəfli beynəlxalq hava nəqliyyatı xərcləri, yaşayış, yemək və digər xərclər daxil olmaqla ayda $ 560 təqaüd, tədqiqatlar üçün, ölkədaxili səyahət zamanı hava limanından transfer, elmi-tədqiqat institutlarına səfər, elmi tədbirlərdə iştirak etmək, Hindistanın daxilində bölgələrə səyahət xərcləri də daxil olmaqla $ 480 birdəfəlik qrant daxildir. İştirakçının ərizəsi onlayn təqdim olunmalıdır.
Ərizə formasının son təqdim etmə tarixi 15 iyun 2015-ci ildir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL