waplog

Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəzin infrastrukturu yenilənib


Azərbaycan Respublikası Prezidentinin 2014-cü il  1 dekabr tarixli Sərəncamı rəhbər tutularaq biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəzin infrastrukturu yenilənib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Daxili İşlər Nazirliyində (DİN) “Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi”nin və “I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər”in vəziyyətinə və  qarşıda duran vəzifələrə dair keçirilmiş kollegiya iclasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev məruzəsində səsləndirib.
 
Onun sözlərinə görə,  bu işləri cari ilin dekabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağı nəzərə alınaraq qarşıda duran məsələlərin operativ həlli məqsədilə DİN-in müvafiq əmri ilə rəhbər vəzifəli əməkdaşlardan və mütəxəssislərdən ibarət Xüsusi Komissiya həyata keçirib.
 
Ə.Əliyev həmçinin bildirib ki, komissiya tərəfindən “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsi ilə bağlı texniki layihə hazırlanıb.
 
CAHANGIR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL