waplog

Milli Televiziya və Radio Şurası qanunsuz kabel televiziyası xidmətləri göstərən şəxslərlə mübarizəyə başlayıb


Azərbaycan Milli Televiziya və Radio Şurası tərəfindən  xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Milli Televiziya və Radio Şurası tərəfindən  Sumqayıt şəhərində xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar olunaraq onlar barəsində müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlanıb.
 
Eyni zamanda, Bakıda əsasən də yeni tikililərdə  xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir.
 
 Bununla əlaqədar olaraq xüsusi razılıq (lisenziya) olmadan kabel şəbəkəsi yayım fəaliyyəti  ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Milli Televiziya və Radio Şurasına (qaynar xətt: 012-498-18-82) məlumat verilməsi xahiş olunur.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL