2018-ci ilədək dünyada kontaktsız ödənişlərin dövriyyəsi 10 milyard dollara yaxınlaşacaq
“J'son & Partners Consulting” şirkəti kontaktsız ödənişlər bazarı üzrə tədqiqatını təqdim edib.
Müasir cəmiyyətdə nağdsız ödənişlərin payı hər il yüksəlir. Bu halda əməliyyatların həyata keçirilməsi səmərəliliyi, etibarlılığı və sürəti müasir iqtisadiyyatın təməl daşıdır. Kontaktsız ödənişlər POS-terminal və istehlakçının ödəmə qurğusu arasında fiziki kontakt olmadan ödənişləri sürətlə etməyə imkan verir. Bundan başqa, kontaktsız ödənişlər “Chip” and “PIN” sistemindən istifadəyə əsaslanan ödənişlərlə müqayisədə daha sürətli həyata keçirilir.
Kontaktsız ödənişlərin əksəriyyəti “NFC” texnologiyasından istifadəyə əsaslanır.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, kontaktsız ödənişlər texnologiyasına malik bank kartlarından başqa, hazırda mobil telefon və başqa daşınan qurğulardan istifadəyə əsaslanan ödənişlər geniş yayılır. Kontaktsız ödənişlər texnologiyasının tətbiqi pərakəndə ticarət, mehmanxana və restoran və ictimai nəqliyyat sahələrində müştərilərə göstərilən xidmət vaxtını xeyli azaltmağa imkan verir. “Marketsand Markets”in qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünyada kontaktsız ödənişlərin dövriyyəsi təxminən 4,9 milyard dollar təşkil edib və 2018-ci ilədək 10 milyard dollara yaxınlaşacaq.
Bazarın inkişafı və kontaktsız ödənişlərin nüfuzetmə səviyyəsinin artımı əsasən əlçatan infrastruktur ilə bağlıdır. Belə ki, “Berg Insight”in qiymətləndirməsinə görə, 2014-cü ildə dünyada “NFC” texnologiyasını dəstəkləyən POS-terminalların sayı 71 faiz yüksələrək 21,4 milyon qurğu təşkil edib və 2019-cu ilə onların sayı 75 milyon təşkil edəcək.
Bu halda “NFC” texnologiyası ilə təchiz edilmiş POS- terminalların bir çoxu belə əməliyyatların həyata keçirilməsi üçün istifadə olunmur. Belə ki, “Berg Insight”in qiymətləndirməsinə görə, 2014-cü ildə yalnız 9 milyon POS-terminal vasitəsilə kontaktsız ödənişlər edilib.
Kontaktsız ödənişlər nəqliyyat və logistika, İT və telekommunikasiya xidmətləri, istehlak malları və pərakəndə ticarət, dövlət, bank və maliyyə müəssisələri və başqa bu kimi fəaliyyət sahələrini əhatə edir.
“NFC” texnologiyası smartfon və planşetlərin köməyi ilə kontaktsız ödənişlər etməyə imkan verir.
“Deloitte” analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ilin sonunadək “NFC” texnologiyasına malik smartfon istifadəçilərinin 5 faizi heç olmasa ayda bir dəfə ticarət nöqtələrində kontaktsız ödəniş edəcəklər, halbuki 2014-cü ilin ortalarında yalnız 0,5 faiz belə ödənişlər edib. “Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna əsasən, 2020-ci ilədək mobil “NFC” ödənişlərin dövriyyəsi 130 milyard dollara çatacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL