Qlobal smartfon bazarında üçaylıq eniş qeydə alınıb
“TrendForce” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin yanvar-martında qlobal smartfon tədarükü 291,2 milyon təşkil edib ki, bu da ötən ilin dördüncü rübü ilə müqayisədə 9,2 faiz azdır. Üçaylıq eniş gözlənildiyindən çox olub. Ekspertlər bunu Çində tələbatın azalması ilə əlaqələndirirlər.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung Electronics” smartfon bazarının lideri olaraq qalır, bundan başqa, Cənubi Koreya nəhəngi ötən rüb öz mövqeyini möhkəmləndirib.
“TrendForce” şirkətinin qiymətləndirməsinə əsasən, cari ilin yanvar-martında “Samsung” şirkəti qlobal smartfon tədarük həcminin 27.8 faizini təmin edib, halbuki üç ay əvvəl onun payı 24,7 faiz olub. Bu halda “Apple” şirkətinin payı 19,9 faiz təşkil edib.
Reytinqdə növbəti yerdə Çinin “Huawei” şirkəti qərarlaşıb. Ekspertlər hesab edirlər ki, şirkət populyar “Ascend Mate 7” modeli sayəsində ötən rüb 20 milyondan çox aparat tədarük edib. Nəticədə “Huawei” bir pillə yüksələrək reytinqdə 7 faizlik bazar payı ilə üçüncü pillədə qərarlaşıb.
“TrendForce” şirkətinin analitikləri bu yaxınlarda çıxarılmış “Galaxy S6” smartfonları sayəsində “Samsung”un smartfon bazarında öz mövqeyini möhkəmləndirməsini proqnozlaşdırır. Gözləntilərə görə, 2015-ci ilin aprel-iyununda yalnız bu modellərin tədarükü 20 milyonu ötəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL