waplog

YUNESKO mobil texnologiyalardan savadlılıq səviyyəsinin artırılmasında geniş istifadə etməyə çağırır


YUNESKO-nun Baş direktoru xanım İrina Bokova Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı müraciətlə çıxış edib.
 
"ICTnews" xəbər xidmətinin  məlumatına əsasən, aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilir.
İrina Bokova müraciətində bu gün kitabların həyatımızı yaxşılığa doğru dəyişməsi gücünü etiraf etməyin onları istehsal edənlərə dəstək vermək üçün bir fürsət olduğunu bildirib.

"Sosial tərəqqinin qlobal rəmzləri kimi kitablar - öyrənmək, oxumaq mədəniyyət və təhsili ləkələyən, dialoq və tolerantlığı inkar edənlərin hədəfinə çevrilib. Son aylarda biz məktəbdə uşaqların üzərinə hücumları və kitabların  kütləvi yandırılmasını müşahidə etmişik. Bu çərçivədə, bizim vəzifəmiz aydındır - biz savadsızlıq və yoxsulluqla mübarizə aparmaq, dayanıqlı cəmiyyətlər qurmaq, sülh fondlarını gücləndirmək üçün kitab, qələm, kompüter, o cümlədən oxumaq və yazmağın bütün formalarını təşviq etmək cəhdlərimizi artırmalıyıq", - deyə o bildirib.

Xanım Bokova qeyd edib ki, YUNESKO 2015-ci ildən Davamlı İnkişaf Məqsədlərinin həlledici tərkib hissəsi kimi savadsızlığa qarşı mübarizə səylərini gücləndirib. O bildirib ki, savadlılıq biliyin qapısıdır, fərdi özünəhörmət və imkanların artırılması üçün vacibdir. "Dünyada 175 milyon yeniyetmə - əsasən qızlar və gənc qadınlar bir cümlə belə oxumağı bacarmır. YUNESKO informasiya və kommunikasiya texnologiyaları, xüsusilə mobil texnologiyadan istifadə etməklə savadlılığın dəstəklənməsinə və keyfiyyətli tədris vasitəsilə əlçatmayan insanların köməyinə yetişmək amalına sadiqdir" - deyə qurum rəhbəri qətiyyətlə qeyd edib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL