waplog

Dohada Azərbaycanın Elektron hökumət quruculuğu istiqamətində gördüyü işlər barəsində məlumat verilib


Qətərin paytaxtı Doha şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə keçirilən 13-cü konqresində Azərbaycanda Elektron hökumət, dövlət xidmətlərinin elektronlaşdırılması və elektron məhkəmə sisteminin qurulması istiqamətində görülən işlərdən danışılıb.
 
 Qeyd edək ki, dünyanın 190-dan çox ölkəsindən olan 3000 nümayəndənin, o cümlədən ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi bu mötəbər forumda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edib.
 
Nümayəndə heyətinin tərkibinə Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Qətərdəki səfiri Tofiq Abdullayev, Ədliyyə, Milli Təhlükəsizlik, Xarici və Daxili İşlər nazirliklərinin məsul şəxsləri daxil ediliblər.
 
Tədbir zamanı yüksəksəviyyəli plenar sessiya keçirilib. Sessiyanın birinci günündə ədliyyə naziri F.Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları, məhkəmə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə nailiyyətlərdən söz açıb.

Nazir dövlətimizin əsas prioritetlərindən olan korrupsiya ilə mübarizə tədbirlərindən bəhs edib, tətbiq olunan innovasiyalardan, xüsusilə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi sayılan "ASAN xidmət" mərkəzlərinin səmərəli fəaliyyətindən danışıb.
 
Nümayəndə heyətinin üzvləri tərəfindən Konqresin müxtəlif mövzular üzrə seksiyalarda, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə mövzuları üzrə çıxışlar edilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL