Mayda “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final tarixi müəyyənləşib.
Belə ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın final mərhələsi mayın 2-si saat 10:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
Qeyd edək ki, olimpiadada iştirak etmək üçün ali təhsil müəssisələrindən 63 komanda qeydiyyatdan keçib və onlardan 56-sının qeydiyyatı təsdiqlənib.
Müsabiqənin şərtlərinə görə, olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 5 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanır. 2007-ci ildən davam edən olimpiadanın ilk mərhələsinə ev sahibliyini Qafqaz Universiteti edib. I mərhələdə 14 ali təhsil müəssisəsindən 50 komanda (hər komandada 3 tələbə) iştirak edib.
Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
Müsabiqənin ikinci (final) mərhələsində qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL