15 milyon amerikalı “Apple Watch” satın almağı planlaşdırır
"Ipsos" tədqiqat təşkilatının hesabatına əsasən, amerikalıların təxminən 6 faizi "Apple Watch" smart saatı satın almağı planlaşdırır.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, rəyi soruşulmuş qadınların təxminən 4, kişilərin isə 9 faizi "Apple" şirkətinin ilk daşınan kompüterini texnoloji cihazdan daha çox, dəb elementi hesab edirlər. 18-28 yaş aralığında kişilər "Apple Watch" smart saatına daha böyük maraq göstəriblər. Tədqiqatda 1829 amerikalı iştirak edib.
Proqnozlara əsasən, 2015-ci ildə "Apple Watch" smart saatlarının satış həcmi təxminən 10-32 milyon təşkil edəcək.
ABŞ-da aprelin 10-dan "Apple Watch" smart saatına ilkin sifariş əlçatandır. Bu qurğunun dəyəri model və hazırlanma materialından asılı olaraq 349-17 min dollar arasında dəyişilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL