waplog

“Təbiət və texnologiya” adlı ikihissəli elmi konfrans keçirilib


Bakıda “Həyat üçün seçilmiş planet – Yer”  və “Təbiət və texnologiya” adlı ikihissəli elmi konfrans keçirilib.
 
Gənclərin Mənəvi İnkişafı Birliyinin Yer Kürəsi Günü münasibəti ilə təşkil etdiyi tədbirdə bildirilib ki, milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmin edə bilir, yenidən istehsala qayıdır.
 
Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. 
 
Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq də yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.
 
Qeyd edək ki, biomimetika insanların təbiətə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin bütününü ifadə edən termindir.  Bildirilib ki, təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə, xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat və sair sahələrdə ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran, sonra da dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsədinə çevrilmiş yeni elm sahəsi olaraq çox işlər görməkdədir.
 
 
Tədbirdə qeyd edilib ki, kainatımızı hərtərəfli tədqiq etdikdə ən təməl kosmik qanunlardan ən incə fiziki ölçülərə, ən kiçik müvazinətlərdən ən dəqiq rəqəmlərə qədər hər birinin ayrı-ayrı nizamlandığını görürük. Bu ayarların kainatda insanların yaşaması üçün ən ideal ölçüdə olduğunun fərqinə varırıq. 
 
Vurğulanıb ki, kainatın genişlənmə sürətindən Yerin Südyolu qalaktikasındakı mövqeyinə, günəşin yaydığı işığın növündən suyun axıcılıq dəyərinə, Ayla Yer arasındakı məsafədən atmosferdəki qazların miqdarına qədər və digər saysız-hesabsız amil insan həyatının olması üçün ən ideal ölçülərdə tənzimləniblər. Belə ki, bu əyarlardan təkcə birində hər hansı kiçik bir dəyişiklik olsa, kainatda canlı həyat mövcud olmaz. Sözügedən müvazinətlərdən birinin belə, təsadüfən canlılar üçün ideal ölçüdə olması ehtimalı yoxdur.
 
Kainatda minlərlə ölçünün hər birinin ayrı-ayrı xüsusi tənzimlənməsi insan ağlının qavrama hüdudunu ötüb keçir. Əslində kainatda insanın yaşaması üçün lazımi şəraitin hər biri ayrılıqda möcüzədir.
 
Milyonlarla lazımi şəraitin bir yerə toplanması isə ucsuz-bucaqsız möcüzələr zənciri meydana gətirir. Bir şeyin möcüzə olması isə, əlbəttə, onun Allah tərəfindən yaradıldığının dəlilidir. 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL