Dünyada il ərzində 300 ton qızıl zibilliyə atılıb
Ötən il dünyada 41,8 milyon ton elektron və elektron avadanlığı zibilliyə atılıb. Bu barədə BMT Universitetinin hesabatında deyilir.
Mütəxəssislərin hesablamasına görə, bu qədər zibillə 23 kilometrədək uzanan 1,15 milyon yük maşınını doldurmaq olardı. Yenidən istifadə məqsədilə təkrar emal üçün yarıyan zibillərin, eləcə də tullantılardan hasil edilən materialların dəyəri 52 milyard dollar təşkil edir. Bu emal prosesi “elektron tullantının” (e-waste) ümumi həcminin yalnız altıda bir hissəsi üzərində aparılıb.
Məsələn, bütün tullanan zibildə 300 ton qızıl olub ki, bu da 2013-cü ildə dünyada bu qiymətli metalın istehsalının 11 faizinə bərabərdir. Bundan başqa, tullantılarda qurğuşun, eləcə də civə, kadmium və xromun olduğu 2,2 milyon ton material tapılıb.
Ümumi “e-waste”in təxminən 60 faizini soyuducu, paltaryuyan maşın və digər məişət texnikası təşkil edir. Mobil telefon, kalkulyator, kompüter və printerlərin bu zibildə ümumi payı 7 faizdir.
Adambaşına düşən “elektron tullantı”nın istehsalında “qabaqcıl” ölkələr ekoloji səviyyəsi yüksək olan ölkələrdir. Məsələn, Norveçdə 2014-cü ildə adambaşına 28,4, İsveçrədə 26,3, İslandiyada 26,1, Danimarka 24, Böyük Britaniyada 23,5 kiloqram “e-waste” düşüb. Ən aşağı göstərici Afrikada qeydə alınıb. Burada adambaşına 1,7 kq “elektron tullantı” düşür. Qitə ümumilikdə 1,9 milyon ton zibil istehsal edib.
Bu göstərici üzrə “liderlər” sırasına ABŞ və Çin (bütün zibilin 32 faizi) daxildir. Onlardan sonrakı yerlərdə Yaponiya, Almaniya və Hindistan qərarlaşıb. 2013-cü ildə dünyada 39,8 milyon ton “elektron tullantı” istehsal olunub. 2018-ci ildə bu göstəricinin 50 milyon ton olacağı proqnozlaşdırılır.
Qızıl, məsələn, kompüter mikrosxemlərindən hasil olunur. Qızıl və digər qiymətli və ya nadir metalların kompüter və başqa elektron texnikadan hasil edilməsi kifayət qədər baha başa gəlir ki, bu da onların qlobal miqyasda tətbiqinə mane olur, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL