waplog

“Sony” şirkəti yeni qabaqcıl smartfonunu təqdim edib


“Sony” şirkəti Yaponiyada yeni qabaqcıl smartfonunu təqdim edib. “Xperia Z4” smartfonu görünüşcə sələfindən az fərqlənir. Şüşə və metaldan hazırlanmış yeni qurğu bu yay Yaponiya bazarında satışa çıxarılacaq.
 
“Xperia Z4” qurğusu 5,2 düymlük “Full HD” (1920x1080 piksel) təsvir ölçülü ekranla təchiz edilib. Smartfon sələfi “Z3” kimi eyni hündürlük və enə malikdir, amma qalınlığı cüzi azalaraq 6,9 mm təşkil edir.
Aparatın çəkisi 144 qramdır. Qurğuya quraşdırılmış akkumulyator batareyasının tutumu 2930 milliamper/saat təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, aparat səkkiznüvəli prosessorla təchiz edilib, dörd nüvə 2 QHs, digər dörd nüvə isə 1.5 QHs takt tezliyində işləyir. Smartfon, həmçinin 3 QB əməli və 32 QB daxili yaddaşla (128 QB-dək “microSD” yaddaş kartları dəstəklənir) təchiz edilib.
 
“Xperia Z4” qurğusunun əsas kamerasının təsvir ölçüsü 20,7 meqapikseldir. Ön kamera 5 meqapiksel təsvir ölçüsünə malikdir və optik sabitləşmə sistemi ilə təchiz edilib. Əsas kamera “4K” (2160p) formatında video çəkilişini dəstəkləyir. Aparata “Android 5.0” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Qurğu dörd rəngdə (ağ, qara, mis və boz-mavi) əlçatan olacaq.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL