waplog

Sərt disk bazarı əvvəlki vəziyyətini bərpa edir


Yaponiyada dağıdıcı zəlzələnin ciddi problemlər yaratmasına baxmayaraq, sərt disk tədarükləri üzrə ikinci rübdə müsbət nəticə qeydə alınıb.
“İHS iSuppli” analitik firmasının məlumatına əsasən, 2011-ci il aprel-iyun ayları ərzində vinçesterlərin istehsal həcmi 167,1 milyon olub. Bu göstərici birinci rübün nəticəsindən (160.5 milyon) çoxdur.
“Western Digital” şirkəti satışa digər şirkətlərdən daha çox “HDD” hazırlayıb, bu isə ona sərt disk bazarının 32%-ni tutmağa imkan yaradıb. İkinci yeri “Seagate Technology” şirkəti (31%) tutub.
16% göstərici ilə “Hitachi Global Storage Technologies” şirkəti üçlüyü tamamlayıb. Sonrakı yerləri “Toshiba/Fujitsu” (11%) və “Samsung Electronics” (10%) şirkətləri tutublar.
II təqvim rübündə “Western Digital” şirkəti 53,8 milyon sərt disk tədarük edib, bu göstərici şirkətin bütün tarixi ərzində rekord nəticə olub. İstehsalçının qazancı 2,4 milyard dollar təşkil edib, lakin qeyd edək ki, bu, “Seagate” şirkətinin qazancından (2,9 milyard dollar) aşağı olub.
“Seagate” şirkəti bazara 52.3 milyon qurğu tədarük edərək əvvəlki rübün göstəricisini 7,2% ötüb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL