Naxçıvan MR-də hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatıb
Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında 883 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, 1 aprel 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatıb.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat 2015-ci ilin ilk rübündə muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda yer alıb.
Hesabatda həmçinin qeyd olunub ki, bu müddətdə Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulub.
Babək rayonunda ümumi tutumu 1024 nömrə olan mərkəzi avtomat telefon stansiyası yeni rabitə evinə, Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomat telefon stansiyası isə yeni binaya köçürülüb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL