waplog

Elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi üzrə bank sektoru ilə birgə fəaliyyət davam etdirilir


Mərkəzi Bank (MB) ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bank sektoru ilə birgə aktiv fəaliyyətini davam etdirir.

Bu məqsədlə MB 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir.
 
Mərkəzi Bank tərəfindən 2014-cü ilin yekunlarına görə “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” və “Elektron ticarətin inkişafında lider bank” nominasiyaları üzrə müsabiqə keçirilib və ayrı-ayrılıqda nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
 
Eyni zamanda, müsabiqədə daha aktiv olan bankların fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə nominasiyalar üzrə ilk onluğa daxil olan banklara təşəkkür məktubu təqdim edilib. MB 2015-ci ildə ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi və yeni ödəniş həllərinin istifadəsinin kütləviləşdirilməsi məqsədi ilə “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və “Təmassız ödəniş kartları üzrə lider bank” adlı əlavə iki yeni nominasiya da elan edib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL