Şəkil fayllarının ölçüsü azalacaq
“JPEG-mini” adlı İsrail layihəsi rəsmən şəkillərin sıxılmasının “JPEG”-in orijinal alqoritminə əsaslanan yeni texnologiyasını təqdim edib.
Bu texnologiya şəklin keyfiyyətini və onun kəskinliyini tamamilə saxlamağa imkan yaradır, lakin bu halda faylın ölçüsü əhəmiyyətli dərəcədə azalır.
İstehsalçılar yeni alqoritmi xüsusilə onu veb-resurslarda tətbiq etmək üçün yaradıblar, belə ki həvəskar və peşəkar fotoqraflar öz arxivlərinin saxlanılması üçün bir çox hallarda fotohostinqdən istifadə edirlər.
“JPEG-mini” texnologiyası ilə fotoqraflar öz işlərini poçtla daha sürətli göndərə, onları veb-resurslara yükləyə və sosial şəbəkələrdə yerləşdirə biləcəklər. Bu halda fotoxidmət saytlarında fiziki sahəyə əhəmiyyətli qənaət olunacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL