waplog

2020-ci ildə dünya “4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq


“IHS” analitik şirkətinin məlumatına görə, 2014-cü ildə dünya “Ultra HD” (4K) formatlı displeylər bazarının mədaxili 9,2 milyard dollar təşkil edib. Bu məbləğin 8,8 milyard dolları “4K” televizorların payına düşüb.
 
Ekspertlərin proqnozuna görə, gələcəkdə “UHD” texnologiyası displey məhsulların tətbiq edildiyi digər sahələrdə - kompüter monitorları, noutbuk, smartfon və planşet qurğular bazarında daha fəal yayılacaq. Bununla əlaqədar olaraq 2015-ci ildə “4K” ekranların satışının 94 faiz artaraq 18 milyard dollar qazanc gətirəcəyi gözlənilir. Həmçinin 2020-ci ildə bazarın pul ifadəsində həcminin 52 milyard dollara çatacağı bildirilir.
 
“Yüksək təsvir ölçülü televizorlar böyük gəlir gətirir, bu səbəbdən istehsalçılar “4K” formatın tətbiqinə başlanıldığı ilk vaxtlardan bu modellərə üstünlük verirlər”, - “IHS” analitiki Devid Se qeyd edib.  
 
Mütəxəssis əlavə edib ki, son vaxtlar istehsalçılar istehsal texnologiyalarını təkmilləşdirib və “UHD” panellərin buraxılış həcmini artırıblar. Bu, müxtəlif yüksək keyfiyyətli kontentin yaradılması və “4K” yayımın tətbiqi ilə yanaşı, istehlakçıların yeni formata keçidini sürətləndirir.
 
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL