waplog

“E-Gov 3.0” mərhələsinə start verilib


Cari ilin ilk rübündə vətəndaşlara, hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına 2125 ədəd yeni e-imza sertifikatı verilib və ümumi verilmiş e-imzaların sayı 30 704-ə çatıb.

Hesabat dövründə “Elektron hökumət” portalına 13 yeni e-xidmət inteqrasiya olunub, portalda olan xidmətlərin sayı 411-ə çatıb və bundan 332-si Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xidmətlərdəndir.
 
“Elektron hökumət” portalına 47 dövlət qurumu fiziki olaraq qoşulub. 2015-ci ilin I rübü ərzində “Elektron hökumət” portalına daxil olan istifadəçilərin sayı 248 728 artaraq 1 452 488 nəfərə çatıb və elektron xidmətlərə müraciət sayı 8 608 138 nəfər olub. “Elektron hökumət” portalı vasitəsilə e-arayışların verilməsinə başlanılıb və rüb ərzində 32 461 vətəndaş 58 233 dəfə e-arayış əldə edib.
 
 
Eyni zamanda, əhalinin e-hökumət portalına daxil olması prosesinin sadələşdirilməsi məqsədilə yeni proqram təminatları yazılıb və bir sıra yeniliklər tətbiq edilməyə başlanılıb.
 
Cari ilin əvvəlində Açıq Hökumət Məlumatları portalının  təqdimat mərasimi keçirilib və “e-Gov 3.0” mərhələsinə start verilib.
 
Hazırda portalda Ədliyyə Nazirliyi, RYTN, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və “Azərsu” ASC-yə məxsus 17 açıq hökumət məlumatları yerləşdirilib.
 
 
“Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış Qrant razılaşması”na əsasən, Azərbaycanda elektron hökumət üçün təlim mərkəzi yaradılıb və cari ilin 6 fevral tarixində açılış mərasimi keçirilib.

Habelə Mərkəzin qeydiyyata alınması məqsədilə Nazirlər Kabinetinə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin yaradılmasına dair müvafiq sənədlərlə müraciət olunub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL