Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb
“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC ilə bağlı işlər hesabat dövründə davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 15,0 ha torpaq sahəsi, bu sahədə yerləşən “Qamma Şüalanma Kompleksi” yarımçıq tikililər avadanlıqlarla birlikdə QSC-nin balansına verilib.
Mərkəzin laboratoriyalarında yüksək temperaturlarda materialların xassələrini öyrənməyə imkan verən yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər LTD” şirkəti ilə müqavilə bağlanılıb və aprel ayının sonunadək avadanlıqların Mərkəzə təhvil veriləcəyi nəzərdə tutulur.
Həmçinin Fransanın AREVA şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və razılaşdırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL