Smartfonların kameraları təkmilləşdiriləcək
Smartfonların fotoqrafiya imkanları uzun təkamül yolu keçib, amma belə fotoların keyfiyyəti "DSLR" kameraların köməyi ilə çəkilmiş kadrlarla müqayisədə çox geridə qalır. Kaliforniyanın "Light" startapı bu fərqi aradan qaldırmağı planlaşdırıb.
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, yeni yaradılmış şirkət smartfonda bir neçə kiçik obyektivdən ibarət klasterdən istifadəni təklif edib, obyektivlərin hər biri öz təsvir ötürücüsünə malik olacaq. Artıq 2016-cı ildə yeni texnologiya smartfonlarda tətbiq edilə bilər.
Şirkətin baş direktoru Deyv Qrannanın fikrincə, yeni texnologiya sayəsində smartfonların dəyəri təxminən 50-60 dollar bahalaşacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL