waplog

Gələcəkdə mətbəxlər bu formada olacaq


Gələcəyin mətbəxində mövcud olacaq "ağıllı" səth onun üzərinə qoyulacaq hər şeyi "tanıyacaq". Belə ki, masanın üzərindəki proyektor qidanın hazırlanması üzrə resept və məsləhətləri işçi səthə proyeksiya edəcək. "Ikea" və "Ideo" dizaynerlərinin fikrincə, 2025-ci ilin mətbəxi belə olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, "ağıllı" səth pilətə, nahar masası və ya oyunlar üçün interaktiv ekran kimi istifadə oluna bilər.
 
Ötürücülər və proyektor masa üzərindəki əşyaları tanıyaraq interfeysi buna uyğun sazlayır. Həmçinin proyektorun köməyi ilə albomdakı uşaq şəkillərini masa üzərinə keçirmək olar.
 
Qazan və ya tavanın masa üzərində hara qoyulmasının əhəmiyyəti yoxdur. Hələ ki yalnız konsept şəklində mövcud olan masa işçi səthlə əhatə edilmiş istənilən yeri qızdırmağa, müvafiq reseptlər təklif etməyə və yeməyin hazırlanma vaxtını hesablamağa malikdir. Sistem doğrama lövhəsindəki inqrediyentləri tanıyaraq sonra nə etmək lazım olduğunu bildirir.
 
Sistem xüsusi mobil tətbiq vasitəsilə mobil qurğularla əlaqə yarada bilir. Həmçinin proqramın köməyi ilə reseptləri dostlarla paylaşmaq olar.
 
"Ikea" şirkətinin nümayəndəsi hesab edir ki, 2025-ci ilədək qida məhsulları evlərə pilotsuz uçuş aparatları və avtonom nəqliyyat vasitəsilə çatdırılacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL