Vətəndaşların müraciətlərinin daha operativ və effektiv həll olunması üzrə işlər davam etdirilir
Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması, onların qəbulunun təşkili istiqamətində də işlər effektiv formada həyata keçirilib.
Əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə rabitə və yüksək texnologiyalar naziri respublikanın 2 bölgəsində ətraf rayonlar da əhatə edilməklə vətəndaşlarla görüş keçirib və bu görüşlərdə 32 vətəndaş qəbul olunub.
Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mərkəzi Aparatında, rabitə birlik və müəssisələrində vətəndaşların qəbul olunması, RYTN-ə daxil olan ərizə, şikayət və digər müraciətlərin diqqətlə araşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi daim diqqət mərkəzində olub.
Rüb ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı 33 ədəd azalaraq 579 ədəd, ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə 6 ədəd azalaraq 129 ədəd təşkil edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL