I Avropa oyunları ilə əlaqədar Bakı və Mingəçevir şəhərlərində POS- terminalların sayı artırılıb
2015-ci ilin birinci rübü ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib.
Əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Lənkəran RPF-nin Separadi PŞ-nin Tukəvilə poçt agentliyi açılıb, 4 ədəd PŞ binası (Naxçıvan MR RYTN üzrə) tikilib, 3 ədəd inzibati və 1 ədəd PŞ binası təmir olunub və hazırda 9 ədəd PŞ binasının tikinti işləri aparılır.
Rüb ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məktub korrespondensiyalarının sayı 18.9% artaraq 1 860 169 ədəd, sifarişli məktubların sayı 26.1% artaraq 1 437 112 ədəd olub.
Eyni zamanda daxil olan beynəlxalq kiçik paketlərin sayı 65.8% artaraq 251 082 ədəd, pul köçürmələrinin sayı 47% artaraq 551 250 ədəd, məbləği isə 6% artaraq 42 689 593 manat, teleqramların sayı 6.1% artaraq 41 077 ədəd təşkil edib.
Rüb ərzində bank-maliyyə xidmətlərinin göstərilməsi ilə əlaqədar 17 POS-terminal quraşdırılıb. I Avropa oyunları ilə əlaqədar Bakı və Mingəçevir şəhərlərində POS- terminalların sayı artırılıb.
Yanvar ayının 30-da “Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində tamamilə yenidən qurulan Şirvan PF-nin Müştəri Xidmətləri Mərkəzi istifadəyə verilib.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün keçirilən müsabiqəyə görə Azərbaycan poçtu 2014-cü ilin nəticələrinə görə 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.
Hesabat dövründə “Azərmarka” MMC tərəfindən 3 mövzuda 6 növ poçt markası, 4 növ açıqca, 6 növ zərf hazırlanaraq dövriyyəyə buraxılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL