waplog

Şəhər infrastrukturunun layihələndirilməsi üçün yeni proqram təminatları nümayiş etdiriləcək


12-14 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 5-ci Yubiley Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (Road & Traffic 2015) sərgisində şəhər infrastrukturunun layihələndirilməsi üçün yeni proqram təminatları, eləcə də ən müasir nəqliyyatı intellektual idarəetmə sistemləri nümayiş ediləcək.
 
Sərgidə avtomobil və yol monitorları, yolların işarələnməsi üçün avadanlıqlar, metropoliten üçün ventilyasiya sistemləri və bir sıra digər məhsullar da təqdim olunacaq. Tədbirin əsas təşkilatçısı “Iteca Caspian LLC” şirkətindən qeyd edilib ki, bu il Bakı Ekspo Mərkəzinin xarici meydançasında “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq sürüşü (“test-drayvlar”) də keçiriləcək:
 
 “Yubiley sərgidə Azərbaycan, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin şirkətləri iştirak edəcək”.
 
Qeyd edək ki, “Road and Traffic” sərgisi regionun yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, İntellektual Nəqliyyat Sistemi (İTS) və ictimai nəqliyyat peşəkarlarını öz meydançasında bir araya gətirən aparıcı ixtisaslaşdırılmış tədbiridir.
 
“Road & Traffic 2015” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər. “Road & Traffic” sərgisi 14-cü Beynəlxalq Nəqliyyat, tranzit və loqistika (TransCaspian 2015) sərgisi ilə eyni meydançada keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL