waplog

Milli Baytarlıq İnformasiya Sistemi təkmilləşdiriləcək


Azərbaycanın Milli Baytarlıq İnformasiya Sisteminin təkmilləşdirilməsi istiqamətində işlər görüləcək.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
 Qurumdan bildirilib ki, sözügedən məsələ kənd təsərrüfatı naziri Heydər Əsədovun Dünya Bankının Heyvan sağlamlığı və baytarlıq xidmətləri üzrə eksperti Dionisis Tana Qiotatus və Dünya Bankının Azərbaycandakı Ofisinin nümayəndəsi Rufiz Çıraqzadə ilə baş tutan görüşü zamanı müzakirə edilib.
 
Qeyd edək ki, görüşün məqsədi kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsinin Sanitar və fitosanitar xidmətlərinə dəstək komponentinin Heyvan sağlamlığı və baytarlıq xidmətləri alt komponenti, DBNX-nin Strukturunun Təkmilləşdirilməsinə dəstək, Heyvan xəstəliklərinə Nəzarət Sisteminin Təkmilləşdirilməsi və brusellyoz xəstəliyinə qarşı mübarizə, ADAU-nun Baytarlıq fakültəsinə dəstək çərçivəsində fəaliyyətlərin müzakirəsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
 
 
Nazir H.Əsədov layihədə nəzərdə tutulan subkomponentlərin daha da təkmilləşdirilməsi, müasir zona baytarlıq laboratoriyalarının yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz olunması və bir sıra digər məsələlərlə bağlı təkliflərini verib.
 
Nazir Dünya Bankı ilə əlaqələri yüksək qiymətləndirərək bu layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırıb və layihənin müzakirə olunmasını məqsədəuyğun hesab edib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL