Daha bir bank “Elektron hökumət” portalı ilə əməkdaşlığa başladı
Azərbaycanda fəaliyyət göstərən daha bir bank “Elektron hökumət” portalı ilə əməkdaşlığa başlayıb.
Bundan sonra “DəmirBank” da kredit rəsmiləşdirilməsi üçün E-hökumət portalı vasitəsi ilə əldə edilən elektron arayışdan istifadə edəcək. Bu barədə adıçəkilən bankın yaydığı məlumatda bildirilir ki, e-arayışdan istifadə ilə bağlı müvafiq müqavilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “DəmirBank” arasında imzalanıb.
Artıq, kredit əldə etmək üçün arayışlar daha sadələşdirilmiş formada elektron şəkildə təqdim edilə bilər. Bunun üçün müştəri “www.e-gov.az” “Elektron hökumət” portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, “ASAN imza” və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək olar.
Müqavilə şərtlərinə əsasən, vətəndaşlar tərəfindən elektron arayışların formalaşması üçün bankın filiallarında xüsusi texniki imkanlar yaradılıb. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompüterlər vasitəsilə formalaşdıra bilər.
Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq ona nağd kredit, “Dəmirtaksit” kartları və digər kredit məhsulları təqdim edilə bilər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL