waplog

Daha bir bank daxili idarəetməsində yenilik etdi


 Banklar ölkənin maliyyə sisteminin mühüm elementi hesab olunur. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə qurumlarını dəfələrlə üstələyir. Mühüm olduğu qədər də mürəkkəb sistemə malik bank sektorunda İnformasiya Texnologiyaları və xidmətlərinin innovativ inkişafı özünü büruzə verməkdədir.
 
       Bu gün mövcud olan proqram təminatları ən mürəkkəb məsələni belə tez və operativ bir şəkildə həll etməyə imkan yaradır. Bunu nəzərə alan Azərbaycanın böyük banklarından biri olan “Bank of Baku” işə qəbul prosesləri, işçi heyətin idarə edilməsi, təlim və karyeranın inkişafı, ümumi əməkhaqqının idarə edilməsi, avans ödənişlər, bonuslar, artımlar, tutulmaların idarə edilməsi, işçi heyətin fəaliyyətinə nəzarət, əlaqəli mühasib qeydlərinin generasiyası, qanunvericilikdə tələb olunan hesabatların idarə edilməsinin mərkəzləşdirilməsi üçün “Ultra Texnologiyalar” şirkəti ilə birgə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlığın nəticəsi olaraq “Ultra Texnologiyalar”  şirkəti Rumıniyanın ən böyük sistem inteqratorlarından biri olan SİVECO ilə birgə “İnsan resurslarının idarə edilməsi və əməkhaqqı hesablanması” (HR & Payroll) layihəsini sözügedən bankda reallaşdırmışdır. 100-dən artıq xarici bankda tətbiq edilmiş mövcud sistem tam olaraq Azərbaycanın əmək qanunvericiliyinə uyğunlaşdırılıb.
 
      Peşəkar işçi komandasının əməyi nəticəsində həyata keçirilmiş layihə, müəssisəyə işə qəbul proseslərinin sistemləşdirilməsi, müəssisə üzrə bütün əməkdaşlar haqqında məlumat bazasının formalaşdırılması, istənilən hesabatın tez bir zamanda əldə edilməsi, işçi heyətinin fəaliyyətinə tam nəzarət olunması kimi üstün imkanlar verəcək. Bununla yanaşı, sistem təşkilatı strukturun, təlim proseslərinin, vergi və tutulmaların, fəaliyyətin və əməkhaqqı hesablanması prosesinin idarə edilməsi kimi üstün funksionallıqlara malikdir. “Self-service” – əməkdaşlar üçün özü-özünə xidmətin idarə edilməsi isə sistemi şərtləndirən əsas amillərdən hesab olunur. Layihə uğurla başa çatmış və bank “Ultra Texnologiyalar” şirkəti tərəfindən göstərilən tam texniki dəstəklə mərkəzləşdirilmiş sistemlə fəaliyyətini davam etdirir.
 
        Qeyd etmək lazımdır ki, “Ultra Texnologiyalar” şirkəti tərəfindən analoji layihələr Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İdarəsi, “AzərSığorta” ASC-də və onlarla digər təşkilatlarda həyata keçirilib.
 
RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL