waplog

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin inteqrasiya qrupunun iclası keçirilib


Bu gün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) inteqrasiya qrupunun iclası keçirilib.

 

Tədbirdə "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, əməliyyatlar üzrə baş direktor Saymon Kleqq, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Maliyyə, Xarici İşlər, Daxili İşlər nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, "Azərbaycan Hava Yolları" QSC, Bakı şəhər İcra Hakimiyyəıti, "Bakı Metropoliteni" QSC, Nazirlə Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Gənclər Fondunun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

İclasda çıxış edən gənclər və idman naziri, BEGOC-un baş icraçı direktoru Azad Rəhimov Oyunlara 50 gün qalmış görülən işlər barədə məlumat verib. Nazir tədbir iştirakçılarını qarşıda görüləsi işlərlə tanış edib.

BEGOC-un nümayəndəsi Panos Protopsalitis bildirib ki, Avropa Oyunlarının seçilmiş xüsusi marşrut yollarında yalnız Avropa Oyunları iştirakçılarının istifadəsi üçün nəzərdə tutulan xüsusi zolaqlar ayrılacaq. Bu zolaqlar mayın sonunda hazır olacaq. Digər nəqliyyat vasitələri üçün bu zolaqlardan istifadə qadağandır. Bu baxımdan paytaxt metrosu hamı üçün yeganə nəqliyyat vasitəsi olacaq. Üzərində yarışın emblemi olacaq bu zolaqların çəkilməsinə sabahdan başlanacaq. Vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunacaq".


BEGOC rəsmisi qeyd edib ki, nəqliyyat vasitələrinin parklanmasına da xüsusi nəzarət ediləcək. Onun sözlərinə görə, may ayının əvvəlindən etibarən iş vaxtının mərhələli qrafikə keçirilməsi tıxacların aradan qaldırılmasına kömək olacaq:

"İritutumlu nəqliyyat vasitələri yalnız gecə şəhərə buraxılacaq. Nəqliyyat vasitələrinin üzərində xüsusi buraxılış vəsiqələri olacaq. Bu, taksilərə də aid ediləcək. Metro Avropa Oyunlarının keçiriləcəyi bütün obyektlərə getmir. Bunun üçün 8 metro stansiyası yaxınlığında xüsusi mərkəz qurulacaq və burada ekspress avtobuslar işləyəcəklər ki, onlar azarkeşləri xüsusi zolaqları vasitəsi ilə maneəsiz obyektlərə aparsın".

Yunan mütəxəssis deyib ki, müəyyən olunmuş ərazilərə yalnız VAPP-a (xüsusi buraxılış) malik olan nəqliyyat vasitələri (BEGOC nəqliyyatı yol polisi ilə birgə) daxil olub, park edə bilərlər.
 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov çıxışda bildirib ki, rabitə sahəsi ilə bağlı işlər yüksək səviyyədədir. Nazir müavininin sözlərinə görə, artıq kabelləşmə işləri də yekunlaşıb: "I Avropa oyunları ilə bağlı xüsusi markalar da hazırlanıb. Nazirlik tərəfindən xüsusi markalar hazırlanıb. Bu gün markalar dövriyyəyə buraxılır. Bu markalarda bütün idman növləri nəzərə alınıb. Artıq poçt şöbələrindən bu markaları əldə etmək olar".

Markaların qiyməti 20 qəpik təşkil edir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL