“E-imza”nın tətbiqi “e-poçt” xidmətinin tətbiqini genişləndirir
Yaxın vaxtlarda Azərbaycan poçtu elektron poçt xidmətinin tətbiqinə başlayır. Bu barədə bizə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov bu məqsədlə bir çox hazırlıq işlərinin aparıldığını bildirib.
”Maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində poçt şöbələrinin kompyuterləşməsi və buna paralel “Elektron-imza”nın tətbiqi layihənin həyata keçirilməsini labüd edir.
Yəni bu gün ölkənin istənilən yerində yaşayan vətəndaş istənilən dövlət qurumuna müraciətini elektron formada edə bilər və poçt rabitəsi də bu xidmətdən yararlana bilər”- deyə N.Məmmədov qeyd edib. Qeyd edək ki, artıq bir çox rayon poçt şöbələri ilkin variant kimi “e-poçt” xidmətinin tətbiqinə başlayıblar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL